Gənclər arasında ailə dəyərlərinin təbliği, ailənin və nigahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi mövzusunda tədbir keçirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” nın müvafiq  bəndlərinin icrası ilə əlaqədar olaraq məktəbdə tədbir  keçirilib. Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva çıxış edərək qeyd edib ki, doğurduğu fəsadlara görə erkən nikah dövrümüzün mühüm və aktual problemlərindən biridir. Erkən nikah və qohumlar arasında nikah gələcək nəsillərin sağlamlığını təhlükə altına atır, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə  səbəb olur.

Tədbirdə çıxış edən məktəbin psixoloqu və digər natiqlər “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” nın müvafiq  bəndlərinin icrası istiqamətində tədbirlərin keçirildiyini qeyd edərək bu günkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini vurğulayıblar. Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumat verərək, yetkinlik yaşına çatmayan uşaqların, xüsusilə də qızların diqqətinə bu kimi halların yol verilməz olduğu çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi