Hüquqlarımızı bilək və qoruyaq
Uşaq hüquqları aylığı ilə əlaqədar silsilə tədbirlər davam edir. 02 noyabr 2023-cü il tarixində sinif rəhbəri Vəsxanım Əmirbəyovanın təşəbbüsü ilə VIII sinifdə “Hüquqlarımızı bilək və qoruyaq” adlı sinif saatı keçirildi. Tədbiri giriş sözü ilə açan sinif rəhbəri hər bir uşağın öz hüquqlarını bilməsini, lazım gəlsə, həm öz, həm də digər yoldaşlarının hüquqlarını müdafiə etməsini bacarmalı olduğunu qeyd etdi. Şagirdlər dörd qrupa bölünərək uşaqların hansı hüquqlara malik olduqlarını, bu hüquqların mahiyyətinin nədən ibarət olduqlarını qeyd etdilər, “Müdafiyə”, “İştirak”, “İnkişaf”, “Yaşamaq” adlı bu qruplarda iştirakçılar onlara verilən suallara da cavab verdilər. Tədbirin sonunda məktəbin direktoru Lamiyə Quliyeva çıxış edərək, dövlətimiz tərəfindən uşaqların hüquqlarının lazımi şəkildə qorunmasını, onların təhsil alması, əylənməsi, xoşbəxt yaşaması üçün hər cür şəraitin yaradılmasını qeyd etdi.