“İdmansevərlər” aylığına yekun vuruldu
Şəxsiyyətin mühüm mənəvi keyfiyyətlərindən biri olan fiziki tərbiyə şagirdlərin səhətinin mühafizəsi və möhkəmləndirilməsinə, onların mükəmməl fiziki inkişafına yönləndirilmiş, elmi cəhətdən əsaslandırılmış vasitələrlə insan orqanizminin düzgün inkişaf etdirmə prosesidir. 31 oktyabr 2023 cü il tarixində “İdmansevərlər” aylığına yekun vuruldu. Məktəbdə keçirilən idman aylığının əsas məqsədi şagirdlərdə öyrənmə həvəsini idmana olan marağı stimullaşdırmaqdan ibarətdir. Aylığın sonunda qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə və medallarla təltif olundular.