“Hərbi Qənimətlər Parkı”na ekskursiya təşkil olunub

    30 oktyabr 2023-cü il tarixində ibtidai sinif müəllimləri və 21 şagirdin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən açılışı olduğu “Hərbi Qənimətlər Parkı”na ekskursiya təşkil olunub.

    Şagirdlər 44 günlük Vətən müharibəsi dönəmində müzəffər ordumuzun düşməndən ələ keçirdiyi bütün hərbi qənimətlərlə tanış olublar. Müəllimlər Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir Yumruq” siyasətilə qazanılmış Şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün lazım olan əyani nümunələrdən biri olduğunu şagirdlərə bildiriblər.

    Şagirdlər Ordumuzun güc və əzmini bir daha göstərən “Hərbi Qənimətlər Parkı”ndan qürurverici təəssüratlarla ayrıldılar. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi