Reproduktiv sağlamlıqla bağlı tədbir keçirildi

    27 oktyabr 2023-cü il tarixində məktəbin akt zalında Reproduktiv sağlamlıqla bağlı tədbir keçirildi. Maarifləndirici tədbirdə VIII və IX sinif şagirdlərinin valideynləri iştirak edirdi. Tədbirdə məktəbin direktoru, Uşaqlarla Məktəbdənkənar və Sinifdənxaric tərbiyə işi üzrə təçkilatçısı, psixoloq və məktəbin tibb baçısı mövzu ətrafında valideynlərlə söhbət apardılar. Məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi