"Qubadlı Sən Azadsan!" adlı sinif saatı keçirilib

    25 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha bir dədə baba torpağımız, Qubadlı şəhəri mənfur düşməndən azad olunub. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Strateji coğrafi mövqeyi olan bölgənin faydalı qazıntı ehtiyatlarına, zəngin təbiətinə ciddi ziyan vurulub. Mövzu ilə əlaqədar 25 oktyabr 2023-ci il tarixində Gülnar Əhmədovanın təşəbbüsü ilə sinif saatı keçirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi