“Reproduktiv sağlamlığa” dair “Mən və mənim əhatəm” mövzusunda məşğələ keçirildi

İnterneti çox zaman böyük informasiya yolu adlandırırlar, çünki o, bütün dünya boyu sonsuz miqdarda kompüterləri və onların istifadəçilərini birləşdirir. Biz internetdən bir çox məqsədlər üçün istifadə edirik: tədqiqat, ünsiyyət, alış-veriş, əyləncə və s. Son vaxtlar internet daha tez-tez informasiya mənbəyi kimi istifadə olunur. Lakin çox vacibdir ki, informasiya dəqiq, mötəbər, yoxlanılmış olsun, insanların psixikasına əks-təsir göstərməsin. Vəziyyət isə belədir ki, bu gün praktik olaraq hər bir istifadəçi internetdə hər nə istəsə yerləşdirə bilər. Bu məqamın mənfi tərəfi odur ki, qeyri-səhih, etik normalara uyğun olmayan informasiyanın qarşısını almaq mümkün olmur. Hərdən insanlar yanılaraq hesab edirlər ki, internet səhifələrində yerləşdirilmiş informasiya ən müasir, qiymətli və düzgündür. 24 oktyabr 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təçkilatçısı Vüsalə Alyarova və məktəbin psixoloqu Kubra Əliyeva tərəfindən  VIII sinif şagirdləri arasında ”Mən və mənim əhatəm" mövzusunda məşğələ keçirildi. İnformasiya kanalının mötəbərliyi və etibarlılığının vacibliyini anlamaq üçün rollu oyunlar təşkil edərək onları bu sahədə daha da maarifləndirməyə çalışdılar. Müzakirə, rollu oyun “Kor və bələdçisi”, cütlərlə iş  üsulu kimi fəaliyyət növləri şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi