Azərbaycan dili fənni üzrə monitorinq təşkil edildi
23 oktyabr 2023-cü il tarixində IV, VI, VII və VIII siniflərində monitorinq keçirilib.
BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.