“Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirildi

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. 18 oktyabr 2023-cü il tarixində məktəbin akt zalında pedaqoji kollektivin, şagirdlərin iştirakı ilə “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva Müstəqilliyik Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik etdi. O Vurğuladı ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənin igid oğullarının şücaəti ilə Azərbaycan torpaqları düşmən tapdağından azad olunmuşur. Torpaqlarımızın azad olunması həm də Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə inamını daha da artırdı. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.

Tədbir “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş kompozisiyaları ilə sona çatdı. Sonda xatirə şəkli çəkdirildi.

https://youtu.be/qdsio0Fex2g

https://youtu.be/OpHl2Z5O6Y0

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi