Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün!

17 oktyabr 2023-cü il tarixində məktəbin akt zalında Füzuli şəhərinin işğaldan azad edildiyi gün münasibəti ilə  "Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün!" adlı tədbir təşkil edildi. İlk öncə Vətənənin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva və natiqlər  bu gözəl gün münasibəti ilə bütün qonaqları və iştirakçıları təbrik ediblər.

Həmçinin bildirilib ki, Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş Füzulidə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Bu parlaq qələbə heç şübhəsiz ki, cənab Prezidentin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi idi. Azərbaycan ordusu həqiqətən də bölgənin ən qüdrətli ordusudur. Vətən səngərini özlərinə beşik edən hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpası uğrunda, işğalçı hərbi birləşmələrini darmadağın etdi.

Sonda şagirdlərin hazırladıqları maraqlı kompozisiya izlənildi.

https://youtu.be/V94KVl9GPNs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi