“Narkomaniya ilə mübarizə və uşaq nikahların qarşısının alınması” mövzusunda tədbir keçirildi
10 oktyabr 2023-cü il tarixdə məktəbdə “Narkomaniya ilə mübarizə və uşaq nikahların qarşısının alınması” mövzusuna həsr olunmuş tədbir keçirildi.
Məktəbin direktoru Lamiyə Quliyevanın, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanovun, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılovun, məktəbin pedaqoji kollektivinin və şagirdlərin iştirak etdiyi tədbirdə natiqlər çıxış edərək mövzuların aktuallığı barədə fikirlər səsləndirdilər.
Tədbirdə eyni zamanda, təhsildən yayınma hallarının qarşısının alınması və şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasının vacibliyi qeyd edildi, təhsil müəssisələrinin öz fəaliyyətini bu istiqamətdə qurması alqışlandı..
Sonda, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.