Vətənimiz əmin əllərdədir!
4 Oktyabr 2023-cü il tarixində Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin AKT zalında təşkil olunan “Vətənimiz əmin əllərdədir!” adlı tədbirdə ilk öncə Vətənənin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən direktor Lamiyə Quliyeva tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə yeni təsis olunan Cəbrayıl Şəhəri Günü münasibətilə hamını təbrik edib. O həmçinin bildirib ki, 4 Oktyabr – Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığnı söyləyən Lamiyə Quliyeva Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin mühüm hadisə olduğunu vurğulayıb. Tədbir şagirdlərin təqdim etdiyi maraqlı kompozisiya ilə davam etdi.