Risk qrupuna daxil olan şagirdlərlə məktəbdə işin təşkili
Məktəblərdə yaşana biləcək riskli vəziyyətlərdə məktəbin idarə heyyəti, müəllim, sinif rəhbəri və psixoloq birgə iş aparmalıdır. Risk qrupuna daxil olan uşaqlarla işin təşkili ən əvvəl onların vaxtında aşkarlanması və kateqoriyalara bölünməsi ilə başlayır.Mövzu ilə əlaqədar olaraq 03 oktyabr 2023-cü il tarixində məktəbin psixoloqu Kubra Əliyeva tərəfindən risk qrupuna daxil olan şagirdləri araşdırıb, üzə çıxartmaq məqsədilə IX siniflərlə anonim sorğu keçirildi.