Vətən var olsun!
27 sentyabr Anım Günü ilə əlaqədar “Vətən var olun!” adlı tədbir keçirilib. Tədbirdə direktor Lamiyə Quliyeva, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir. İlk öncə vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Lamiyə Quliyeva son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi, xüsusilə ordu quruculuğu sahəsində görülmüş işlər Vətən müharibəsində qələbəni şərtləndirən vacib amillərdən olduğunu vurğuladı. Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq nəticəsi olduğunu qeyd etdi. Həmçinin vurğulandı ki, vaxtilə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən oğullarımız tarix boyu həmişə yad ediləcək və qəhrəmənlıq nümunəsi kimi göstəriləcək. Şagirdlərin hazırladıqları kompozisiyalar izlənildi.