Şagirdlərin gigiyenasina nəzarət və dərsliklərin saxlanma vəziyyətinin yoxlanılması

20 sentyabr 2023-cü il tarixdə məktəbin tibb bacısı İradə Hacıyeva bütün siniflərdə şagirdlərin gigiyena qaydalarına necə əməl etdiklərini yoxladı, onlara bəzi tövsiyyələr verdi və mövzu ətrafında şagirdlərlə maarifləndirici söhbətlər apardı. Təsərrüfat müdiri Afayət Rzayevada öz növbəsində siniflərin təmizliyinə nəzarət etdi. Həmçinin dərsliklərin saxlanma vəziyyətini yoxlamaq diqqət yetirilən məqamlardan biridir. Dərsliklərin saxlanması məsələsi müəllimin nəzarətindən kənarda qalmamalıdır. Kitabxana müdiri Mirzəhra Bayramovanın  təşəbbusu ilə siniflərə baxış keçirildi. Baxış zamanı şagirdlərin dərslikləri yoxlanılaraq onlara bir necə tövsiyələr verildi.  Məqsəd kitabların səliqəli  və təmiz olması vacibliyinə şagirdlərin diqqətini cəlb etməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi