Pedaqoji şuranın ilk iclası keçirildi

14 sentyabr 2023-cü il tarixində 2023-2024-cü dərs ilinin başlanması münasibətilə Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd yeni dərs ilində qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı müvafiq qərarların qəbul edilməsi olmuşdur.

            Pedaqoji Şuranın toplantısında direktor Lamiyə Quliyevanın məruzəsi dinlənilib.

            İclasda 2023-2024-cü dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələlərin müzakirəsi olmuşdur.

            Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi