Məktəb üzrə ümumi valideyn iclasi keçirildi

Bu gün məktəb qarşısında duran ən önəmli vəzifə milli ruhlu vətəndaş, şəxsiyyət yetişdirməkdir. Şagird şəxsiyyətinin formalaşması məsələsində məktəblə valideyn əlaqəsi məktəblər və onun ən aparıcı qüvvəsi olan müəllimlərdən böyük məsuliyyət tələb edir. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı vətənsevər yüksək mənliyə, ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki müəllim-valideyn, məktəb- valideyn münasibətlərinin vəhdəti ön planda olsun.

Bu məqsədlə 8 sentyabr 2023-cü il tarixində sinif valideyn komitələri ilə 11 sentyabr 2023-cü il tarixində  isə məktəb üzrə ümumi valideyn iclası keçirildi. Məktəbin akt zalında təşkil olunan toplantıda çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edərək valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışaraq müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasının mühüm rol oynadığını qeyd edib. Müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında valideynlərə öz tövsiyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi