"Oxu güşəsi"nin açılışı oldu
Təhsildə əldə olunan uğur, nailiyyət birbaşa kitablarla bağlıdır. Məktəbimizdə şagirdlərin kitaba, bədii qiraətə olan marağını artırmaq, oxu bacarığını, mədəniyyətini inkişaf etdirmək üçün müxtəlif ədəbi-bədii tədbirlər, layihələr həyata keçirilir. 1 iyun 2023-cü il tarixində məktəbin foyesində direktor Lamiyə Quliyevanın təşəbbüsü ilə yaradılmış "Oxu güşəsi"nin açılışı oldu. Guşənin hazırlanmasında və zənginləşdirilmasində kitabxanaçı Mirzəhra Bayramova və məktəb şagirdlərinin birgə əməyi olmuşdur. Guşənin yaradılmasında məqsəd şagirdlərdə mütaliə mədəniyyətini inkişaf etdirmək, onlar arasında oxu vərdişini artırmaqdır.