“Ailəm və məktəbim” layihəsinə start verildi

        Bakı şəhəri üzrə Təhsil idarəsinin 18.04.2023-cü il tarixli 3-29-59/3-2-170F/2023 N-li əmri ilə təsdiq edilmiş “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı 231 nömrəli tam orta məktəbin tədbirlər planına əsasən 30 may 2023-cü il tarixində  məktəbəhazırlıq qrup müəllimi Vüsalə Bayramova valideynlərlə birgə məktəb həyətinin yaşıllaşdırılması, abadlaşdırılması və kiçik ölçülü oranjeriyanın yaradılması məqsədilə güləkmə  aksiyası keçirdilər. Böyük ruh yüksəkliyi ilə keçən aksiyada məktəbin xüsusi olaraq ayrılmış ərazisində  müxtəlif növ gül və bəzək kolları əkildi. Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi