Şagirdlər Qobustan dövlət qoruğunda oldular
27 may 2023-cü il tarixində Məhbubə Cəfərovanın təşkilatçılığı ilə II sinif şagirdləri açıq səma altında muzey kimi fəaliyyət göstərən Qobustan milli, tarixi-bədii dövlət qoruğunda oldular. Bu ərazidə regionun əhalisi haqqında qayaüstü rəsmlər, ibtidai insanın sakin olduğu yer, qəbirüstü abidələr və digərləri bir yerə cəmlənmişdir. Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir. Burada daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri ilə şagirdlər canlı tanış oldular və orada xatirə şəkilləri çəkdirdilər.