Şagirdlərin asudə vaxtının səmərəli təşkili

Şagirdlərin asudə vaxtını səmərəli keçirmək, dünyagörüşünü formalaşdırmaq məqsədilə məktəbimizdə müntəzəm olaraq müxtəlif tarixi, mədəni abidələrə, muzeylərə, ölkəmizin görməli yerlərinə, müxtəlif gəzinti və əyləncə mərkəzlərinə ekskursiyalar təşkil olunur. 1 may 2023-cü il tarixindən Məhbubə Cəfərova II sinif şagirdləri ilə birgə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə  və Binə atçılıq mərkəzi ekskursiya təşkil etdilər. Burada şagirdlər qayaüstü rəsmlər, eramızdan əvvəl III-II minilliklərə aid tikililər, arxeoloji qazıntıların tapıntılarına tamaşa etmək və XIV əsrdə inşa edilmiş qalanın başına qalxıb Abşeron yarımadasına açılan möhtəşəm mənzərəni seyr etdilər. Bu ekskursiyalar şagirdlərimizin yaddaşında dərin iz buraxacaq, yurdumuzun tarixini, keçmişini öyrənməyə daha yaxşı vasitə olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi