IV sinif şagirdləri keçiriləcək monitorinqlə bağlı məlumatlandırıldılar
İyunun 10-da Elm və Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil edəcək. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. 19 aprel 2023-cü il tarixində məktəbin direktoru Lamiyə Quliyeva keçiriləçək monitorinq haqqında IV sinif şagirdlərini məlumatlandıraraq mövzu ətrafında söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıb. Daha sonra cavab kartının düzgün doldurulma qaydası şagirdlərə izah edilib.