“Ümummilli Lider Heydər Əliyev-Azərbaycan dövlətinin qurucusudur” adlı maarifləndirici tədbir keçirildi

18 aprel 2023-cü il tarixində məktəbin Uşaqlarla Məktəbdənkənar və Sinifdənxaric tərbiyə işi üzrə təçkilatçısı, tarix müəllimi Vüsalə Alyarovanın təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev-Azərbaycan dövlətinin qurucusudur” adlı maarifləndirici tədbir keçirildi. Tarix müəllimi tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu ulu öndərin həyat və fəaliyətindən danışıb və bildirib ki, ömrünü xalqının, dövlətinin çiçəklənməsinə həsr edən dahi rəhbər vətən sevgisini hər şeydən üstün tutub. Həmçinin vurğulayıb ki, müstəqilliyimizin əbədiliyini təmin edən ümummilli lider dərin dövlətçilik təcrübəsi, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanı regionun ən qüdrətli dövlətinə, beynəlxalq aləmin etibarlı üzvünə çevirdi. Ölkəmizin uzunmüddətli davamlı inkişaf strategiyasının təməlini qoyan Heydər Əliyev bütün sahələrdə köklü dəyişikliklər apararaq onun iqtisadi tərəqqisinə nail oldu. Onu da bildirib ki, ümummilli liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, dövlətimizin qüdrətlənməsinə, iqtisadi tərəqqimizin davamlılığının təmin olunmasına hesablanıb.  Mövzu ilə əlaqədar olaraq Heydər Əliyevin ömür yolundan bəhs edən slayd izlənilib. Sonra şagirdlərin hazırladıqları şeirlər dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi