“Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirildi
“Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının 2-ci bəndində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə 18 aprel 2023-cü il tarixində məktəbin Uşaqlarla Məktəbdənkənar və Sinifdənxaric tərbiyə işi üzrə təçkilatçısı, tarix müəllimi Vüsalə Alyarovanın təşkilatçılığı ilə, psixoloq Kübra Əliyeva, kitabxanaçı Mirzəhra Bayramova, ingilis dili müəllimi Rəhilə Kərimova, laborant Vəfa Quliyevanın iştirakı ilə şagirdlər arasında “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir təşkil edildi. Tədbir zamanı şagirdlərə bildirilmişdir ki, hal-hazırda sağlamlığımızın qeydinə qalmağın böyük bir hissəsini qidalanma təşkil edir. Həmçinin, qeyri-düzgün qida rasionun qurulmasının bədənimizdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi barədə, eyni zamanda, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında şagirdlərə məlumatlar verilmişdir. Sonda isə şagirdlərin və müəllimlərin fikirləri dinlənilmişdir.