Məktəbin Azərbaycan Linqvistika Olimpiadasının final mərhələsində iştirak edən şagirdi
16 aprel 2023-cü il tarixində Paytaxtdakı Məktəb-Lisey Kompleksində (MLK) Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalibi olmuş “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin final mərhələsi keçirilib. 231 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayşən Əsgərova final mərhələsnə qədər yüksələrək uğur qazanıb və sertifikatla təltif edilib. “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin əsas məqsədi şagirdlərin gələcəkdə Beynəlxalq Linqvistika Olimpiadasında iştirakını təmin etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir. VII-XI sinif şagirdlərinin iştirak etdiyi olimpiada üç mərhələdən ibarətdir. Qaliblər hər iki mərhələdə əldə olunan nəticələrin cəminə görə müəyyənləşdirilib.