“Vətənin xilaskar oğlu” mövzusunda dəyirmi masa təşkil edildi
11 aprel 2023-cü il tarixində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar, məktəbin kitabxanasında “Vətənin xilaskar oğlu” mövzusunda dəyirmi masa təşkil edildi.
Tədbiri giriş sözü ilə açan kitabxanaçı Mirzərha Bayramova Ümummilli lider Heydər Əliyevin kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə mühüm əhəmiyyət verirdiyini qeyd etdi. Bunun nəticəsidir ki, Ümummilli Liderimiz milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı sahəsində xeyli iş görmüşdür. Kitab və kitabxana işinə yüksək qiymət verən, onu Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi dəyərləndirən Ulu Öndər kitabxana işinin inkişafına xüsusi yanaşırdı. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və ədəbiyyatın inkişafında misilsiz rolundan, ədəbiyyat və söz sənəti adamlarına göstərdiyi yüksək diqqət və qayğıdan, bu şərəfli missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı söz açıb.Tədbirdə eyni zamanda ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli film nümayiş etdirilmişdir. Sonda VI sinif şagirdləri Ulu Öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndirdilər.