“İdmansevərlər” layihəsi həyata keçirilib
Şagirdlərdə fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi məqsədilə 31 mart 2023-cü il tarixində idman müəllimi Cəfər İmanovun təşkilatçılığı ilə X-XI sinif şagirdləri arasında “İdmansevərlər” layihəsi həyata keçirilib. Layihə şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.