31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

 Martın 31-i ölkəmizdə dövlət səviyyəsində Soyqırımı Günü kimi qeyd edilir. Ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlarının coğrafiyası genişdir. Təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Quba və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlı qətlə yetirilib, evlər talan edilib, insanlar yurd-yuvasından didərgin salınıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verilib, bu hadisə soyqırımı aktı kimi sənədləşdirilib.

             30 mart 2023-cü il tarixində mövzu ilə əlaqədar məktəbin Uşaqlarla Məktəbdənkənar və Sinifdənxaric tərbiyə işi üzrə təçkilatçısı Vüsalə Alyarova həmçinin sinif rəhbərləri Vəsxanım Əmirbəyova, Kəmalə Süleymanova və Nəzrin Şərifovanın təşəbbüsü ilə V, VII və IX siniflərdə silsilə tədbirlər təşkil edilib. Tədbirlərdə soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib.  Şagirdlər ermənilərin vəhşiliyi nəticəsində xalqımızın tarix boyu üzləşdiyi faciələrdən bəhs edən kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi