“Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsinin öyrədilməsi dərsləri”nin keçirilməsi
Xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli -mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət- ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli- mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
10 mart 2023-cü il tarixində BŞTİ təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi irsinin öyrənilməsi məqsədi ilə "Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz" mövzusunda xüsusi dərs keçirilib. Dərsdə Pirallahı rayonunda yerləşən 231,168, 186, 235, 243 nömrəli tam orta məktəbin direktorları və 11-ci sinif şagirdləri iştirak edib.
Tədbirdə 231 nömrəli tam orta məktəbin Uşaqlarla Məktəbdənkənar və Sinifdənxaric tərbiyə işi üzrə təçkilatçısı, tarix müəllimi Vüsalə Alyarova “Heydər Əliyev irsinin öyrədilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Vüsalə Alyarova Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, digər mühüm sahələr kimi aktual hesab olunan təhsil də Ulu Öndərin qayğısı və diqqəti ilə bugünkü inkişaf səviyyəsinə yüksəlib. Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. O həmçinin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.