Kiçik yaşlı məktəblilərin idrak proseslərinin inkişaf səviyyəsinin öyrənilməsi
Məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır. Uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə, məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş proqramı tərtib edilir. 24 fevral 2023-cü il tarixində məktəbin psixoloqu Kubra Əliyeva IV sinifdə şagirdlərin idrak proseslərinin inkişaf səviyyəsinin öyrənilməsi məqsədi ilə şəkilli tapşırıqlar üzərində iş aparmışdır.