"Mən necə unudum səni Xocalı" adlı tədbir keçirildi
24 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə direktor Lamiyə xanım Quliyeva, Pirallahı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakşıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov iştirak ediblər. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsindən danışıblar. Qeyd olunub ki, erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirməsi tədbirlərdə iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə həmçinin Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən də bəhs edilib.
Sonra şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib.