Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı sinif saatı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2- 55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslərin təşkili nəzərdə tutulmuşdur.
23 fevral 2023-cü il tarixində I-IV siniflərdə sinif saatı Xocalı faciəsinə həsr olunmuşdur. Şagirdlər Azərbaycan xalqına qarşı yönəldilmiş bu Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik olduğunu bir daha bəyan etdilər.