“Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır” mövzusunda anket sorğusu keçirildi

21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. Mövzu ilə əlaqədar olaraq 8 sinifdə  uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Vüsalə Alyarova, Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Ağayevanın təşəbbüsü ilə “Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır” mövzusunda anket sorğusu keçirildi. Sorğunun keçirilməsində məqsəd Azərbaycan dilini daha da zənginləşdirmək, inkişaf etdirmək və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi