Beynəlxalq Ana Dili Günü ilə bağlı dəyirmi masa keçirildi
Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. Heydər Əliyev deyirdi: "Hər bir xalq öz dili ilə yaranır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Mövzu ilə əlaqədar 10 fevral 2023-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimləri Vəsxanım Əmirbəyova, İlhamə Ağayevanın rəhbərliyi ilə "Mənim Ana dilim" başlıqlı altında dəyirmi masa təşkil edildi. Tədbirdə V-IX sinif şagirdlərinin mövzu ilə əlaqədar hazırladıqları divar gəzetləri nümayiş etdirildi. Divar qəzetlərində ədəbiyyatımızın görkəmli nümayəndələrinin həyat və yaradıcılığı, əsərlərindən bir hissə və bu əsərlərə çəkilmiş illüstrasiyalar öz əksini tapdı. Məktəbin direktoru Lamiyə xanım Quliyeva tərəfindən ”Ana dili aylığı üzrə ən yaxşı divar qəzeti” müsabiqəsinin qalibləri müəyyən olundu.