“Kitab ən yaxın dostumuzdur” adlı dəyirmi masa təşkil edildi
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. 08 fevral 2023-cü il tarixində "Kitab ən yaxın dostumuzdur" başlığı altında məktəbin kitabxanasında dəyirmi masa keçirildi.