“Məişət və gender əsaslı zorakılıqla mübarizə” və “insan hüquqları və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

            26 yanvar 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə  “Məişət və gender əsaslı zorakılıqla mübarizə” və “insan hüquqları və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

         Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin YYÇ-la profilaktiki işin təşkili qrupu inspektoru Niyazi Hacıyev, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Sevda Bəşirova, məktəbin müəllim və şagirdləri iştirak etdilər.

     Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzular ətrafında  şagirdləri geniş şəkildə məlumatlandırıblar.

   

        Məktəbin psixoloqu Kubra Əliyeva tərəfindən gender əsaslı və uşaqlara qarşı olan zorakılıq bütün dünyada aktual bir problem olduğunu və məişət zorakılığının növləri və onunla mübarizə aparmaq yolları, qanunvericiliklə tənzimlənən hal və davranışlar izah olunmuşdur.

        Eyni zamanda, çıxış edənlər bildirdilər ki, heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu müddəaya uyğun olaraq, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük diqqət yetirilir.

        Daha sonra mövzularla  əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi