Məktəbdə 2022-2023-cü tədris ilinin I yarımili üzrə BSQ-lər keçirilir
Şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaq məqsədilə məktəbdə 2022-2023-cü tədris ilinin I yarımili üzrə 13-26 yanvar tarixləri arasında Böyük Summativ Qiymətləndirmə keçirilir. Böyük Summativ Qiymətləndirmədə BŞTİ və məktəb tərəfindən hazırlanmış qiymətləndirmə vasitələrindən istifadə olunaraq təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılır. BSQ-lərin keçirilməsi məktəb direktoru və BSQ-lərin keçirilməsinə dair məktəbdə yaradılmış komissiya tərəfindən həyata keçirilir.