“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” adlı rəsm müsabiqəsi keçirildi

20 Yanvar Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsidir. Bu qanlı faciə Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.
          19 yanvar 2023-cü il tarixində “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda şagirdlərin əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsl vətəndaş mövqeyinin aşılanması idi.

https://president.az/az/pages/view/azerbaijan/memories

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi