"20 Yanvar qanlı və şanlı tariximiz" adlı tədbir keçirildi

19 yanvar 2023-cü il tarixində "20 Yanvar qanlı və şanlı tariximiz" adlı tədbir keçirildi. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Lamiyə xanım Quliyeva çıxışında həmin qanlı və şanlı tarixdən 33 üç il keçməsinə baxmayaraq, bu hadisənin xalqımızın milli-azadlıq tarixində böyük önəm daşıdığını bildirdi. " 20 Yanvar günü Azərbaycan tarixinin qəhərmanlıq səhifəsidir." sözlərini deyən Lamiyə xanım Quliyeva vurğuladı ki, o gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu: "Bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev sayəsində dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.

Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".  Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. 

Sonra 20 Yanvar faciəsi ilə bağlı gənclərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunudu.

https://president.az/az/pages/view/azerbaijan/memories

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi