“20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı sinif təşkilat saatı keçirildi

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Mövzu ilə əlaqədar olaraq 18 yanvar 2023-cü il tarixində, ibtidai sinif müəllimi Vüsalə Bayramova IV sinifdə, "20 Yanvar-tariximizin şərəf və qəhrəmanlıq səhifəsi" adlı sinif təşkilat saatı keçirdi. Sinif təşkilat saatında məktəbin direktoru Lamiyə Quliyeva və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Vüsalə Alyarova iştirak edirdi. İlk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Vüsalə Bayramova bildirdi ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha sübut etdi, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. Mövzü ilə əlaqədar videoçarx nümayiş etdirildi. Sonda şagirdlərin ifasında şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi