Məktəbdə 2022-2023-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirməyə başlanılıb

17 yanvar 2023-cü il tarixində məktəbin direktoru Lamiyə Quliyeva böyük summativ qiymətləndirmənin keçirilməsi ilə əlaqədar direktoryanı müşavirə keçirdi. İclasda direktor tərəfindən komissiya üzvləri seçilmiş metodbirləşmə sədrləri iştirak edirdi. Komissiyanın yaradılma səbəbi böyük summativ qiymətləndirmənin tərtibatı, keçirilməsi və yoxlanılmasından ibarətdir. Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmə vasitələri məktəbin direktoru Lamiyə Quliyevanın təşkil etdiyi komissiya tərəfindən hazırlanıb. 

Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.

Həmçinin böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur və şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi