“Xarici dil fənn aylığı”nın səmərəli təşkili

Son illər ölkəmizdə  xarici dillərin, xüsusən də  beynəlxalq statuslu ingilis dilinin tədrisinə diqqət  artıb. Xarici  dillərin  tədrisinin I sinifdən başlayaraq aparılması, tədris planlarında ona ayrılan saatların artırılması, fənnin tədrisinə yeni  yanaşmaların tətbiqi, mövcud kurikulumda  əvvəlki tədris proqramlarından fərqli daha zəngin məzmunun əhatə olunması, yeni standartlar bunu təsdiq edir. Məktəbdə tədrisin səmərəli təşkili, bu sahədəki qabaqcıl təcrübənin öyrənilib ümumiləşdirilməsi və yayılması, tədris prosesində innovativ yanaşmalardan, müasir təlim üsulları və texnologiyalarından istifadə məsələləri  diqqət mərkəzindədir. Bu məqsədlə məktəbin direktoru Lamiyə Quliyeva öz ixtisası üzrə “İngilis dili aylığı”nda maraqlı ideya irəli sürərək, böyük tənəffüsdə proyektor vasitəsi ilə dəhlizlərdə şagirdlər üçün, ingilis dilində nağıllar və musiqilər nümayiş etdirərək, onlarda bu dilə maraq oyatmağa nail oldu. Əldə olunan müsbət nəticələr pedaqoji kollektivə növbəti  tədbirləri  daha maraqlı və rəngarəng təşkil etməklə  toplanan təcrübəni zənginləşdirməyə imkan verdi.

https://youtu.be/lOHJVWHVuIU

https://youtu.be/j2aiOF3CnIc

https://youtu.be/58EAyOMWmEA

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi