BŞTİ tərəfindən məktəbdə Monitorinq 2 təşkil olundu
27 dekabr 2022-ci il tarixdə BŞTİ tərəfindən məktəbdə Monitorinq 2 təşkil olundu. Eyni monitorinq materialları həm 7-ci siniflərə, həm də 9-cu siniflərə təqdim edildi. Məqsəd 7-ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 6-7-ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdir. Monitorinq zamanı nəzarətçilər materialların üz qabığıdakı məlumatı şagirdlərin diqqətinə çatdırdılar. İngilis dili fənnindən dinləmə materialı olduğundan şagirdlərə zəruri şərait yaradıldı. Monitorinqdə şagirdlərin maksimum iştirakı təmin edildi. Monitorinqin müddəti 2,5 saat (150 dəqiqə) olub.