Məktəbdə “Peşəkarlıq yolunda” layihəsinə start verilib

       Məktəbdə VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Peşəkarlıq yolunda” layihəsinə start verilib. 19 dekabr 2022-ci il tarixində “Peşəkarlıq yolunda” layihəsi üzrə maarifləndirici görüşlər təşkil olundu. Layihənin məqsədi təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq, səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas-peşə seçiminə yönəldilməsi, həmçinin valideynlərin də bu istiqamətdə maarifləndirilməsindən ibarətdir. Layihə çərçivəsində şagirdlərin düzgün ixtisas və peşə seçimi, uğurlu karyera barədə məlumat verilib, məktəblərin müxtəlif ixtisaslara yiyələnmiş məzunları və müxtəlif peşə sahibləri olan valideynləri tərəfindən maarifləndirici görüşlər təşkil edilib. 

https://studio.youtube.com/video/HP_rKlP3xfw/edit

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi