Psixoloji mühitin sağlamlığı
2 dekabr 2022-ci il tarixində psixoloq Kubra Əliyeva tərəfindən VII-IX sinif şagirdləri ilə məktəbdə yaradıcı və sağlam mənəvi-psixoloji mühitin yaradılması məqsədilə maarifləndirici söhbətlər aparıldı və yazılı sorğular keçirildi. Şagirdlərə bildirildi ki, məktəbdə yaradıcı və sağlam mühitin yaradılması əsas şərtlərdəndir. Belə mühitdə pedaqoji kollektiv işə, şagirdlər dərslərinə daha məsuliyyətlə yanaşır. Məqsəd şagirdləri yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan sosial şəxsiyyətlər kimi yetişdirməyə çalışmaqdır.