“Ana dilimizin saflaşdırılması” mövzusunda tədbir keçirildi

25 noyabr 2022-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyovanın təşəbüsü ilə “Ana dilimizin saflaşdırılması” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Lamiyə Quliyeva qeyd etdi ki xarici dilləri bilmək hər bir gənc üçün böyük əhəmiyyət daşıyır. Lakin buna baxmayaraq nə qədər çox xarici dil bilsək də, öz Ana dilimizi uça tutmalı onu yad təsirlərdən qorumalıyıq.

Dövlət Himnimizin sədaları ilə başlanan tədbirdə Ana dilimizin gözəlliyini, ahəngdarlığını tərənnüm edən şeirlər səsləndirildi, səhnəciklər nümayiş olundu. Şagirdlər Ana dilinin gözəlliyinə xələl gətirən yad kəlmələrə, varvarizmlərə “yox” dedilər, həmin sözlərlə başqa dillərdən dilimizin lüğət tərkibinə daxil olan alınma sözləri fərqləndirməyi bacardılar. Şifahi xalq, ədəbiyyatın incilərindən sayılan laylalar, bayatılar, lətifələr, atalar sözləri söyləndi. Şagirdlərin iştirakı ilə keşirilən “Söz oyunu”, ”Sual-cavab”, “Hərflərdən söz düzəltmək” və s. oyunlar tədbirə daha da rəng qatdı. Tədbirdə çıxış edən Azərbaycan dili və ədəbiyyat müəllimləri dilimizin nə qədər rəngarəng, obrazlı, zəngin dil olduğundan tarixən daha qədim dövrlərdə yarandığından söz açdılar. Çıxış edənlər onu da qeyd etdilər ki, Ana dilimizi qorumaq onu yad sözlərdən təmizləmək hər bir Azərbaycan vətəndaşının borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi