Məktəbdə Monitorinqin 1-ci mərhələsi təşkil olundu
24 noyabr 2022-ci il tarixdə BŞTİ tərəfindən Monitorinq 1 təşkil olundu. Eyni monitorinq materialları həm 6-cı siniflərə, həm də 9-cu siniflərə təqdim olundu. Monitorinq zamanı nəzarətçilər materialların üz qabığıdakı məlumatı şagirdlərin diqqətinə çatdırdılar. İngilis dili fənnindən dinləmə materialı olduğundan şagirdlərə zəruri şərait yaradıldı. Monitorinqdə şagirdlərin maksimum iştirakı təmin edildi. Monitorinqin keçirilməsində məqsəd 6-cı siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 5-6-cı sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdir.