Narkomaniya ilə mübarizə və uşaq nikahların qarşısının alınması mövzusunda tədbir keçirilib

    23 noyabr 2022-ci il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya ilə mübarizə, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa təsiri, uşaq nikahlarının qarşısının alınması” mövzusunda tədbir keçirilmişdir.
   Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, məktəbin direktoru Lamiyə Quliyeva, rayon prokuroru - ədliyyə müşaviri Zaur Axundzadə, rayon Polis şöbəsinin rəisi - polis polkovniki Cümşüd İsmayılov, Respublika Narkoloji Dispanserin həkim-narkoloqu Sevda Mirzəyeva, Pirallahı Tibb Mərkəzinin həkim-psixoloqu Aliyə Əliyeva, həmçinin digər aidiyyəti orqanların nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir.  

    Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Polis şöbəsinin rəisi, rayon Prokuroru və digər məsul əməkdaşlar çıxışlar edərək, mövzu ətrafında geniş məlumatlar vermişdir. Tədbir zamanı verilmiş sualların ətraflı cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq aparılmışdır.

    Tədbirin sonunda video çarxlar nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi