Əhməd Cavadın 130 illik yubileyə həsr edilmiş tədbir keşirildi
“Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 05.08.2022-ci il tarixli F-474 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq 22 noyabr 2022-ci il tarixində məktəbin akt zalında Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva Şəmkir şəhər Əhməd Cavad adına 4 nömrəli tam orta məktəbin məzunu olduğunu fəxrlə qeyd etdi. O həmçinin vurğuladı ki, Əhməd Cavad adı bizə ən əvvəl ruhumuzun qidası olan himnimizi xatırladır. Azərbaycanın ictimai və mədəni həyatında əvəzsiz xidmətləri olmuş iki görkəmli şəxsin - Üzeyir Hacıbəyli ilə Əhməd Cavadın işbirliyi nəticəsində bu gün fəxarət hissi ilə dinlədiyimiz himnimiz ərsəyə gəlir. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
Tədbir bədii hissə ilə yekunlaşdı.