8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Zəfər sənə çox yaraşır Azərbaycan!” mövzusunda tədbir keçirilib
05 noyabr 2022-ci il tarixdə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Alyarovanın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Zəfər sənə çox yaraşır Azərbaycan!” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva bildirdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
Tədbirə bədii hissə ilə yekun vurulub.
https://youtube.com/shorts/I6n5xbgJ_-k?feature=share